IMG-LOGO

Ukraynalı əsiri qılıncla edam etdilər - FOTO

17.09.2024 13:16 30 baxış
IMG

Rusiya hərbçiləri silahsız ukraynalı hərbi əsiri edam ediblər.

Lent.az xarici mediaya istinadla bildirir ki, əsirin əllərini bağlayıblar və üzərində “Kursk üçün” yazılan qılıncla öldürüblər.

Ukrayna Ali Radasının deputatı Dmitri Lubinets bildirib ki, bu cür hərəkətlər Cenevrə Konvensiyasının kobud şəkildə pozulmasıdır.

O deyib ki, Rusiya tərəfindən növbəti insan hüquqları pozuntusunun qeydə alınması barədə beynəlxalq təşkilatlara, BQXK-ya və BMT-yə məktublar göndərilib.

“Ayrıca qeyd etmək istərdim ki, bu cür nümayişkaranə edamlar Ukrayna cəmiyyətini ruhdan salmağa yönəlib. Lakin bu cür hərəkətləri görüb işğalçıya qarşı mübarizədə daha qətiyyətli olmalıyıq”, - Lubinets vurğulayıb.

Xəbər lenti