IMG-LOGO

Rusiya “Crocus” terroruna görə üç ölkəyə MÜRACİƏT ETDİ

17.09.2024 07:15 27 baxış
IMG

Rusiya müstəntiqləri “Crocus City Hall” konsert zalında törədilən terror aktının araşdırılması üçün üç ölkənin hüquq-mühafizə orqanlarından kömək istəyib.

Lent.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Üç xarici dövlətin səlahiyyətli orqanlarına hüquqi yardım göstərilməsi ilə bağlı 8 sorğu göndərilib, cinayətin bütün hallarının müəyyən edilməsi istiqamətində digər istintaq və prosessual addımlar həyata keçirilib”, - məlumatda deyilir.

O da qeyd olunur ki, iş üzrə 1,7 mindən çox şəxs zərərçəkmiş kimi tanınaraq dindirilib, 800-dən çox şəxs isə şahid qismində dindirilib. 20-dən çox axtarış aparılıb, hadisə yerinə 65-dən çox baxış keçirilib, 650-dən çox müxtəlif məhkəmə-tibbi ekspertiza təyin edilib.

 

 

Xəbər lenti