IMG-LOGO

Polşa 2027-ci ildən artilleriya sursatları istehsal edə biləcək

17.09.2024 00:38 31 baxış
IMG

“Polşada 2027-ci ilə qədər 155 mm-lik artilleriya sursatının istehsalı qurula bilər”.

“Report”un məlumatına görə, bunu “Rzeczpospolita” qəzetinə müsahibəsində “Polska Amunicja” şirkətlər qrupunun, “Grupa WB”nin prezidenti Petr Voyçexovski deyib.

Onun sözlərinə görə, mərmilərin istehsalı üçün “Polska Amunicja” ilə Silahlar Agentliyi arasında müqavilə imzalanmalıdır.

O, əlavə edib ki, rəhbərlik etdiyi “Grupa WB” və “Ponar Wadowice” şirkəti bir neçə müəssisənin konsorsiumdan çıxmasına baxmayaraq, sursat zavodunun tikintisi layihəsini davam etdirmək qərarına gəlib.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti