“İsrailin Livanla sərhəddə vəziyyəti sabitləşdirmək üçün Hizbullah hərəkatına qarşı hərbi əməliyyatlar keçirməkdən başqa seçimi yoxdur”.
“Report”un məlumatına görə, bu barədə İsrailin müdafiə naziri Yoav Qalant danışıb.
Qalant Livan-İsrail sərhədində vəziyyətin həlli ilə bağlı razılığın əldə olunması imkanlarının aşağı olduğunu vurğulayıb:
“Çünki “Hizbullah” Qəzza zolağında fəaliyyət göstərən Fələstinin radikal “HƏMAS” hərəkatı ilə bağlılığını davam etdirir və münaqişəni dayandırmaqdan imtina edir. İsrailin şimalında yaşayan sakinlərin evlərinə qayıtmasının yeganə yolu hərbi əməliyyatdır”.
Bizim WhatsApp kanalımıza abunə olun