IMG-LOGO

Bu ölkə prezidentinin helikopteri QƏZAYA UĞRADI

17 Sep 2024 00:19 294 baxış
IMG

Zimbabve Prezidenti Emmerson Mnanqaqvanın helikopteri havaya qalxdıqdan az sonra qəzaya uğrayıb.

Lent.az xəbər verir ki, bu barədə ZBC telekanalı Zimbabvenin informasiya naziri Cenfana Musverenin bəyanatına istinadən məlumat yayıb.

Bildirilib ki, Prezident helikopterdə olmayıb, ekipaj sağ qalıb.

İlkin məlumatlara görə, helikopterin qəzaya uğramasına səbəb texniki nasazlıq olub.

Zimbabve Mülki Aviasiya İdarəsi insidentlə bağlı araşdırma aparır.

 

Xəbər lenti