Konqo Demokratik Respublikasının cənub-qərbində Kvanqo çayında gəminin batması nəticəsində azı 4 nəfər ölüb, daha 50 nəfər itkin düşüb.
“Report” xəbər verir ki, bu barədə “Agence France-Presse” Kvanqo əyalətinin vitse-qubernatoru Remi Sakiyə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, göyərtəsində 150 nəfərin olduğu gəmi körpünün dayağına çırpılaraq batıb.
O qeyd edib ki, 100-dən az adam xilas edilib, itkin düşənlərin axtarışı davam etdirilir.
Bizim WhatsApp kanalımıza abunə olun