IMG-LOGO

Hindistanda musson mövsümü başlayandan bəri 170-dən çox insan ölüb

16.09.2024 21:01 27 baxış
IMG

Hindistanın şimalındakı Himaçal-Pradeş ştatında iyun ayında musson mövsümünün gəlişindən bəri yağan güclü yağışlar nəticəsində 170-dən çox insan ölüb.

“Report” xəbər verir ki, bu barədə “The Hindustan Times” qəzeti yazıb.

Məlumata görə, Himaçal-Pradeş ştatındakı əlverişsiz hava şəraiti səbəbindən yolları su basıb və elektrik enerjisinin verilməsində problemlər yaranıb.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, təbii fəlakət nəticəsində ştatın infrastrukturuna dəyən ziyan 13,2 milyard rupi (158 milyon ABŞ dollarından çox) təşkil edib.

Hindistanda musson mövsümü adətən iyunun əvvəlində, mussonun Kerala ştatında ölkənin qərb sahillərinə çatmasıyla başlayır. Daha sonra o, şimala doğru hərəkət edir və adətən, iyulun ortalarına qədər bütün ölkəni əhatə edir. Mussonlar sentyabrın sonu - oktyabrın əvvəlində bitir.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti