Rumıniyanın Vranca seysmik zonasında 5,2 maqnitudalı zəlzələ olub.
“Report” xarici KİV-lərə istinadən xəbər verir ki, mənbəyi 140 km dərinlikdə yerləşən zəlzələ ölkənin bir çox yerində, həmçinin, Bolqarıstan, Moldova və Ukraynada hiss olunub.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.
Bu, 2024-cü ildə Rumıniyada qeydə alınan ən güclü zəlzələdir.
Bizim Telegram kanalımıza abunə olun