IMG-LOGO

Biləsuvarda yol qəzasında ağır xəsarət alan azyaşlı paytaxt xəstəxanasına təxliyə olunub

16.09.2024 19:15 38 baxış
IMG

Biləsuvar rayonunda yol-nəqliyyat qəzasında ağır xəsarət alan azyaşlı paytaxt xəstəxanasına təxliyə olunub.

"Report"un Muğan bürosunun məlumatına görə, vəziyyəti ağır olan 2018-ci il təvəllüdlü K.Yəhyayev Bakıda yerləşən xəstəxanalardan birinə köçürülüb.

Qeyd edək ki, sentyabrın 16-da baş verən hadisə zamanı ata avtomobili ilə övladına ağır xəsarət yetirib. Daha sonra azyaşlı ağır vəziyyətdə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdi.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti