ABŞ lideri Cozef Bayden ölkənin Məxfi Xidmətinə Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın təhlükəsizliyini daha da təmin etmək üçün lazım olan hər şeyi təmin etməyi tapşırıb.
"Report"un məlumatına görə, bu barədə Baydenin Ağ Evin mətbuat xidməti tərəfindən yayılan bəyanatında deyilir.
"Dəfələrlə dediyim kimi, ölkəmizdə hər hansı bir zorakılıq kimi siyasi motivli zorakılığa yer yoxdur. Mən köməkçilərimə gizli xidmətin bütün mənbələrə və vasitələrə sahib olmasını və keçmiş prezidentin təhlükəsizliyini təmin etmək üçün lazım olan təhlükəsizlik tədbirlərini görməsini təmin etməyi tapşırdım”, - sənəddə qeyd olunur.
Bayden bildirib ki, ona Trampa qarşı “mümkün sui-qəsd cəhdi” barədə məlumat verilib.
Bizim Telegram kanalımıza abunə olun