Danimarka Ukrayna Silahlı Qüvvələri üçün 18 ədəd “Boqdan” artilleriya qurğusuna sərmayə ayırıb, onlardan səkkizi artıq çatdırılıb.
"Report"un xəbərinə görə, bu barədə Krallığın Müdafiə Nazirliyinin saytında məlumat verilib.
“Biz bunu etdik. Bir neçə ay əvvəl 18 ədəd “Boqdan” artilleriya qurğusuna sərmayə ayırdıq, onların səkkizi artıq çatdırılıb”, - Danimarka Müdafiə Nazirliyinin rəhbəri Troels Lund Poulsen bildirib.
O, həmçinin qeyd edib ki, hərbi ianələrin Ukraynaya göndərilməsi artıq kifayət deyil. Ölkəni dəstəkləmək üçün onun müdafiə müəssisələrinə birbaşa investisiya qoymaq lazımdır.
Bizim Telegram kanalımıza abunə olun