Litvanın müdafiə xərcləri ümumi daxili məhsulun (ÜDM) 4 %-ni təşkil etməlidir.
"Report" xəbər verir ki, bunu ölkənin müdafiə naziri Laurinas Kaçyunas hakim "Vətən İttifaqı - Litvanın Xristian Demokratları" Partiyasının qurultayında deyib.
"Hesab edirəm ki, bizim səy göstərməli olduğumuz məqsəd müdafiənin ÜDM-in 4 %-i həcmində müdafiənin maliyyələşdirilməsidir. Bu, bizə həyata keçirdiyimiz proqramları qoruyub saxlamağa imkan verəcək, həmçinin “Patriot” raket sistemlərinin alınması üzrə milli proqramı həyata keçirməyə kömək edəcək”, - nazir bildirib.
Kasçyunas hökumətin hərbi ehtiyacların maliyyələşdirilməsini artırdığını vurğulayıb: “2020-ci ildən indiyədək Müdafiə Nazirliyinin büdcəsi 1 milyarddan 2,5 milyard avroya yüksəlib”.
Bizim Telegram kanalımıza abunə olun