IMG-LOGO

Myanmada qasırğada ölənlərin sayı 100-ü ötüb

15.09.2024 20:55 25 baxış
IMG

Myanmada "Yagi" qasırğası nəticəsində ölənlərin sayı 113 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə “Business Standard” ölkənin hərbi hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Myanma Dövlət İnzibati Şurasının sözçüsü, general-mayor Zav My Tun bildirib ki, pis hava şəraiti səbəbindən 320 mindən çox insan evlərini tərk edərək müvəqqəti köçkün düşərgələrində məskunlaşıb.

Qasırğa, həmçinin yollara və körpülərə ziyan vurub, interneti sıradan çıxarıb.

Myanma hakimiyyəti təbii fəlakətlə əlaqədar xaricdən kömək istəyib.

Xatırladaq ki, bundan əvvəl 74 nəfərin öldüyü bildirilirdi.

Qeyd edək ki, qasırğa Vyetnamda 230-dan çox, Filippində isə azı 20 nəfərin həyatına son qoyub.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti