IMG-LOGO

Britaniyanın Baş naziri həyat yoldaşı üçün geyim alınması ilə bağlı istintaqla üzləşib

15.09.2024 04:42 28 baxış
IMG

Böyük Britaniyanın Baş naziri Kir Starmer həyat yoldaşı Viktoriya üçün bəyan edilməmiş geyim alınmasına görə istintaqla üzləşib.

“Report” xəbər verir ki, bu barədə “The Times” qəzeti yazır.

“Baş nazir partiyasının donorunun (Böyük Britaniya Lordlar Palatasının üzvü Vahid - Qeyd) həyat yoldaşı üçün bahalı paltar alması faktını açıqlamayıb”, - nəşr bildirib.

Baş nazirin ofisi qəzetə Starmerin həyat yoldaşına verilən hədiyyələrin ümumi dəyərini və qadının onları aldığı müddət barədə məlumat verməyib. Mənbə nəşrə bildirib ki, bu məlumatlar daha sonra dərc olunacaq.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti