Misirdə Süveyş-Qahirə magistralında turistləri daşıyan avtobusun iştirakı ilə baş verən yol qəzasında 46 nəfər yaralanıb.
“Report” xəbər verir ki, bu barədə “Əl-Əhram” qəzeti məlumat yayıb.
Qeyd olunub ki, yaralıların arasında 21 Rusiya, 11 Türkiyə, 9 İtaliya, 3 Misir və 2 Böyük Britaniya vətəndaşı var. Onların hamısı Süveyş tibb kompleksinə aparılıb.
Misirin səhiyyə naziri Xalid Abdel Qaffar zərərçəkənlərə yardımın göstərilməsinə şəxsən nəzarət edir. Bu prosesdə bütün tibb kompleksinin işçiləri səfərbər edilib.
Bizim WhatsApp kanalımıza abunə olun