Bakı transına təzəcə öyrəşirdim və hər şey mənim üçün yeni idi.
"Report" xəbər verir ki, bunu "Williams" pilotu Franko Kolapinto ötən gün Azərbaycan Qran-prisinin ilk sərbəst yürüşündə qəza törətməsi ilə bağlı komandasının mətbuat xidmətinə açıqlamasında deyib.
Argentinalı sürücü buna baxmayaraq ikinci test yürüşünün yaxşı alındığını vurğulayıb:
"Günün qəhrəmanları mexaniklərdir. İkinci sınaq yürüşü üçün bolidimi vaxtında təmir edərək inanılmaz iş gördülər. Bütün səylərinə görə komanda ilə fəxr edirəm. Kiçik səhv etmişdim. Lakin bu, bəzən baha başa gələ bilər. Avtomobil yaxşı vəziyyətdədir. Başlanğıc asan olmadı, amma düşünürəm ki, biz yaxşı iş görürük".
Qeyd edək ki, "Formula 1"də bu gün üçüncü sərbəst yürüş və sıralama turu keçiriləcək. Bakıdakı yarış sentyabrın 15-də başa çatacaq.
Bizim WhatsApp kanalımıza abunə olun