IMG-LOGO

Ferstappen Azərbaycan Qran-prisində ikinci sərbəst yürüşün onun üçün çətin keçdiyini bildirib

14.09.2024 11:05 26 baxış
IMG

İkinci sərbəst yürüş mənim üçün bir az çətin oldu.

"Report"un məlumatına görə, bunu "Red Bull" pilotu Maks Ferstappen "Formula 1" üzrə Azərbaycan Qran-prisində ilk günün nəticələrini şərh edərkən deyib.

Təcrübəli sürücü bu həftəsonu daha rəqabətli olduqlarını bildirib: "Düşünürəm ki, ümumiyyətlə yaxşı gün keçirdik. Tras sürüşkəndir. Çoxlu kəskin döngələr var. Bəzən baryerə dəyməmək üçün ehtiyat tədbiri olaraq əyləcdən istifadə etmək lazımdır. Balansı bir az da yaxşılaşdırmalıyıq. Əminəm ki, belə etsək, rəqabət apara biləcəyik".

Qeyd edək ki, "Formula 1"də bu gün üçüncü sərbəst yürüş və sıralama turu keçiriləcək. Bakıdakı yarış sentyabrın 15-də başa çatacaq. İlk gündə iki test yürüşü gerçəkləşib.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti