Bakıda təşkil olunan "Formula 1" üzrə Azərbaycan Qran-prisində ikinci günə start veriləcək.
"Report"un məlumatına görə, ilk olaraq pilotlar üçüncü sərbəst yürüşdə iştirak edəcəklər.
Ardınca "Formula 2"də sprint yarışı keçiriləcək.
Günün sonunda isə birinci dərəcəli sürücülər sıralama turuna qatılacaqlar.
Azərbaycan Qran-prisi: İkinci günün proqramı 14 sentyabr 12:30. "Formula 1": Üçüncü sərbəst yürüş 14:15. "Formula 2": Sprint yarışı 16:00. "Formula 1": Sıralama turu
Qeyd edək ki, Bakıdakı yarış sentyabrın 15-də başa çatacaq.
Bizim WhatsApp kanalımıza abunə olun