IMG-LOGO

Ümumdünya Şahmat Olimpiadası: Azərbaycanın kişilərdən ibarət millisi III turda da qalib gəlib

13.09.2024 21:44 27 baxış
IMG

Azərbaycanın kişilərdən ibarət millisi Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan 45-ci Ümumdünya Şahmat Olimpiadasında daha bir qələbə qazanıb.

"Report"un məlumatına görə, III Moldova ilə qarşılaşan təmsilçilərimiz rəqibini 3:1 hesabı ilə üstələyib.

Aydın Süleymanlı – İvan Şitko 1:0 Nicat Abasov – Andrey Makovey 0,5:0,5 Şəhriyar Məmmədyarov – Yeqor Laşkin 1:0 Məhəmməd Muradlı – Viktor Boloqan 0,5:0,5

Bu qalibiyyət sayəsində yığmamızın aktivindəki xalların sayı 6-ya çatıb.

Qeyd edək ki, kişilərdən ibarət yığmamız buna qədər İordaniya (3,5:0,5) və Finlandiyanı (3,5:0,5) məğlub edib. Qadınlardan ibarət komandamız isə Nikaraqua (4:0) və Avstraliyadan (3:1) üstün olub.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti