Oktyabrda lisenziyalaşdırma qaydaları ilə bağlı iclas keçiriləcək.
"Report" xəbər verir ki, bunu AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev İcraiyyə Komitəsinin bugünkü iclasından sonra jurnalistlərə açıqlamasında deyib.
Qurum rəsmisi tədbirdə yeni qaydaların təsdiqləndiyini bildirib:
"İlk növbədə lisenziyalaşdırma ilə bağlı müəyyən qaydalar təsdiq olundu. Həmin qaydalar yaxın günlərdə klublara göndəriləcək. Həmçinin oktyabrda lisenziyalaşdırma mövsümünün açılış tədbiri keçiriləcək. Həmin iclasda sözügedən qaydalarla bağlı ətraflı məlumat veriləcək".
Bizim Telegram kanalımıza abunə olun