IMG-LOGO

İngiltərə Premyer Liqasında avqustun ən yaxşı baş məşqçisi müəyyənləşib

13.09.2024 17:14 37 baxış
IMG

İngiltərə Premyer Liqasında avqust ayının ən yaxşı məşqçisi müəyyənləşib.

"Report" Premyer Liqanın mətbuat xidmətinə istinadən xəbər verir ki, mükafatı “Brayton”un baş məşqçisi Fabian Hürtseler qazanıb.

31 yaşlı alman mütəxəssis bu ilin yayında "Brayton"la müqavilə imzalayıb və Premyer Liqa tarixinin ən gənc baş məşqçisi olub.

Qeyd edək ki, komanda onun rəhbərliyi altında avqustda keçirdiyi oyunlarda "Everton" (3:0) və "Mançester Yunayted" (2:1) klublarını məğlub edib. Daha sonra səfərdə "Arsenal"la heç-heçə edib - 1:1.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti