IMG-LOGO

Azərbaycanı Bolqarıstanda keçiriləcək konversiyada təmsil edəcək məşqçilər müəyyənləşib

13.09.2024 11:15 10 baxış
IMG

Avropa Voleybol Konfederasiyasının (CEV) Bolqarıstanın paytaxtı Sofiyada Regional Voleybol İnkişaf Mərkəzxlərinin xətti ilə keçirəcəyi məşqçi-müəllimlərin beynəlxalq koversiyasında iştirak edəcək Azərbaycanlı məşqçilər müəyyənləşib.

Voleybol Federasiyasından "Report"a verilən məlumata görə 53 ölkənin məşqçi-müəllimlərinin iştirak edəcəyi təlimlərə ölkəmizdən 4 məşqçi - Rəvan Mehdiyev, Vüqar Əliyev, Tural Teymurov və Qəmzə Cəfərzadə öz biliklərini daha da genişləndirmək üçün qatılacaqlar.

Qeyd edək ki, konversiya sentyabrın 14 və 15-də keçiriləcək. 2 gün davam edəcək konversiyada orta məktəb müəllimləri, aşağı yaş qruplarında çalışan məşqçilər həm nəzəri, həm də praktiki biliklərini daha da artıracaqlar.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti