Düşünürəm ki, bu həftəsonu mənim üçün daha yaxşı olmalıdır.
"Report"un "Gpblog.com"a istinadən məlumatına görə, bunu "Formula 1" üzrə dünya çempionatında çıxış edən "Red Bull" pilotu Serxio Peres Azərbaycan Qran-prisi ilə bağlı danışarkən deyib.
Meksikalı sürücü Bakıdakı yarışda özünə inandığını söyləyib:
"Montsadakı yarış çox çətin idi. İndi isə inamım böyükdür".
Peres şəhər treklərində uğurlu çıxış etməsinə də toxunub:
"Keçmişdə nə etdiyinizin heç bir əhəmiyyəti yoxdur. Bu, tamamilə yeni çağırışdır".
Qeyd edək ki, bu gün start götürəcək Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.
Bizim Telegram kanalımıza abunə olun