IMG-LOGO

Ümumdünya Şahmat Olimpiadası: Azərbaycanın kişilərdən ibarət yığması növbəti qələbəsini qazanıb

12.09.2024 21:24 32 baxış
IMG

Azərbaycanın kişilərdən ibarət millisi Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan 45-ci Ümumdünya Şahmat Olimpiadasında növbəti qələbəsini qazanıb.

"Report" xəbər verir ki, yığma II turda Finlandiyanı məğlub edib - 3,5:0,5.

Toyvo Keynanen– Aydın Süleymanlı 0,5:0,5 Vilka Spila – Nicat Abasov 0:1 Mikael Aqopov – Rauf Məmmədov 0:1 Henri Ladelma – Məhəmməd Muradlı 0:1

Qeyd edək ki, ilk turda kişilərdən ibarət yığmamız İordaniyanı 3,5:0,5 hesabı ilə üstələyib. Qadınlardan ibarət komandamız isə Nikaraquanı məğlub edib - 4:0.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti