Türkiyənin "Qalatasaray" klubunun futbolçusu Hakim Ziyeş zədələndiyi üçün 3 həftə yaşıl meydanlardan uzaq qalacaq.
"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, o, Mərakeş millisinin heyətində sıradan çıxıb.
31 yaşlı yarımmüdafiəçinin baldır əzələsindən zədə aşkarlanıb.
Qeyd edək ki, "sarı-qırmızılar" Superliqanın 5-ci turu çərçivəsində sentyabrın 14-də “Çaykur Rizəspor”la qarşılaşacaq.
Bizim Telegram kanalımıza abunə olun