Azərbaycanın qadınlardan ibarət şahmat millisi Macarıstanın paytaxtı Budapeştdə start götürən 45-ci Ümumdünya Şahmat Olimpiadasında qələbə ilə başlayıb.
"Report"un məlumatına görə, I turda Nikaraqua ilə qarşılaşan idmançılarımız rəqibini 4:0 hesabı ilə üstələyib.
Ülviyyə Fətəliyeva – Mariya Qaranados - 1:0 Gövhər Beydullayeva – Kristiana Martines - 1:0 Xanım Balacayeva – Abigel Kabesas - 1:0 Gülnar Məmmədova – Aleksandra Munyos - 1:0
Qeyd edək ki, kişilərdən ibarət komandamız isə İordaniya ilə qarşılaşır. Teymur Rəcəbovun kapitanı olduğu kişilərdən ibarət millidə Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Nicat Abasov, Aydın Süleymanlı və Məhəmməd Muradlı yer alıblar.
Bizim WhatsApp kanalımıza abunə olun