Niyə də olimpiadada iştirak etməyim? Bunu zaman göstərəcək. Təbii ki, bunun üçün üzərimdə çox işləməliyəm.
Bunu "Report"a müsahibəsində Paris-2024 Yay Paralimpiya Oyunlarında qızıl və gümüş medal qazanan Lamiyə Vəliyeva deyib.
Paraatlet sağlam idmançıların yarışlarına da qatıldığını bildirib:
"Hətta qazandığım naliyyətlər də olub. Bu gün mənim gözümdə problem varsa, o demək deyil ki, özümə məhdudiyyət qoymalıyam. Məqsədlərim böyükdür".
Qeyd edək ki, 22 yaşlı idmançı Paris-2024-də 100 metr məsafəyə qaçışda qızıl mükafat əldə edib. O, 400 metr məsafəyə qaçışda gümüş medala sahib çıxıb.
Lamiyə Vəliyevanın müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.
Bizim Telegram kanalımıza abunə olun