IMG-LOGO

Oskar Piastri Azərbaycan Qran-Prisində xallar qazanacaqlarına ümid edir

11.09.2024 13:12 33 baxış
IMG

Biz hər yarışda çoxlu xallar qazanmışıq. Ümid edirəm ki, bu həftəsonu da fərqli olmayacaq.

"Report" "Gpblog.com"a istinadən xəbər verir ki, bunu "Formula 1" üzrə dünya çempionatında çıxış edən "McLaren"in pilotu Oskar Piastri Azərbaycan Qran-prisi ilə bağlı danışarkən deyib.

"Komanda olaraq sahib olduğumuz bolidlə nələr edə biləcəyimiz yönündə nikbinəm. Təkmilləşdirmələr yaxşıdır. Hər trekdə rəqabətədavamlı olduğumuz da aydındır", - deyə 23 yaşlı avstraliyalı sürücü bildirib.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 13-15-i aralığında keçiriləcək.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti