FIFA-nın Avropa Milli Assosiasiyaları Departamentinin direktoru Elxan Məmmədov Norveç Futbol Assosiasiyasının (NFF) prezidenti Lise Klavenesslə görüşüb.
"Report" ali futbol qurumun rəsmi saytına istinadən xəbər verir ki, onlar irqçiliklə mübarizədə futbolun rolunu müzakirə ediblər.
Norveçin paytaxtı Osloda təşkil olunan toplantıya futbol, idman və biznesin liderləri də qatılıblar.
NFF-nin təşəbbüsü ilə baş tutan dəyirmi masada Elxan Məmmədov FIFA-nın futbolda irqçiliyə sıfır tolerantlıq mövqeyini təqdim edib və bu istiqamətdə atılan son addımları diqqətə çatdırıb.
O, belə mühüm mövzu ilə bağlı müzakirəyə qoşulmağın onun üçün xoş olduğunu bildirib.
Bizim Telegram kanalımıza abunə olun