UEFA Millətlər Liqasının II turunda 9 oyun baş tutub.
"Report" xəbər verir ki, A, B, C, D liqalarında yer alan komandalar üz-üzə gəliblər.
Maraqlı görüşlərdən biri A Liqasının 3-cü qrupunda Niderlandla Almaniya arasında baş tutub. Amsterdamdakı "Yohan Kroyff Arena"da keçirilən görüşün start fiti Bakı vaxtı ilə saat 22:45-də səslənib.
AVRO-2024-də iştirak etmiş Gürcüstan yığması səfərdə Albaniyanın qonağı olub.
UEFA Millətlər Liqası
II tur
10 sentyabr
A Liqası
Macarıstan - Bosniya və Herseqovina 0:0
Niderland – Almaniya 2:2
B Liqası
Albaniya – Gürcüstan 0:1
Çexiya – Ukrayna 3:2
İngiltərə - Finlandiya 2:0
İrlandiya – Yunanıstan 0:2
C Liqası
Latviya - Farer adaları 1:0
Şimali Makedoniya - Ermənistan 2:0
D Liqası
22:45. Andorra - Malta 0:1
Qeyd edək ki, C Liqasının I qrupunda yer alan Azərbaycan yığması ilk turda İsveçə 1:3, II turda isə Slovakiyaya 0:2 hesabı ilə məğlub olub.
Bizim WhatsApp kanalımıza abunə olun