Misir yığmasının hücumçusu Məhəmməd Salah millinin heyətində 100-cü matçına çıxıb.
"Report" xəbər verir ki, "Liverpul"un (İngiltərə) hücumçusu buna Botsvana yığması ilə 2025-ci il Afrika Millətlər Kubokunun seçmə mərhələsində keçirilən oyunda (4:0) nail olub.
Eyni zamanda o, sözügedən qarşılaşmada fərqlənməklə yığma tarixindəki 56-cı qoluna imza atıb.
Qeyd edək ki, Misir millisində ən çox oyun keçirən futbolçu 184 görüşdə meydana çıxan Əhməd Həsəndir.
Bizim Telegram kanalımıza abunə olun