IMG-LOGO

"Sportinq" "İnter"dən 30 milyon avro təzminat tələb edir

10.09.2024 23:57 39 baxış
IMG

Portuqaliya təmsilçisi "Sportinq" İtaliya klubu "İnter"dən 30 milyon avro təzminat tələb edir.

"Report" "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, buna səbəb 2016-cı ildə "ağ-yaşıllar"dan Milan kollektivinə transfer olunan Joau Mariodur.

Belə ki, 31 yaşlı yarımmüdafiəçinin müqaviləsində gələcəkdə başqa Portuqaliya klubuna transfer olunacağı təqdirdə "Sportinq"ə 30 milyon avro ödənilməsi bəndi yer alıb. 2021-ci ildə futbolçu "İnter"i "Benfika"ya dəyişsə də klub bu təzminatı ödəməkdən imtina edib.

Səbəb isə Marionun müqaviləsinə qarşılıqlı şəkildə xitam verilməsi və onun "Benfika"ya azad agent kimi keçməsidir.

Nəticədə "Sportinq" məsələyə daha ədalətli baxılması və 30 milyon avronun ödənilməsi üçün İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edib.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti