"Kəpəz" heyətinə yeni futbolçu cəlb edib.
Klubdan "Report"a verilən məlumata görə, Anqola əsilli portuqaliyalı Valdemar Almeyda "sarı-göylər"in şərəfini qoruyacaq.
32 yaşlı oyunçu ampluaca yarımmüdafiəçidir. Onunla mövsümün sonuna kimi müqavilə imzalanıb.
"Pana" ləqəbli futbolçu ötən mövsüm "Səbail"də çıxış edib.
Bizim WhatsApp kanalımıza abunə olun