Sabirabbadda qəza baş verib.
Lent.az-ın məlumatına görə, hadisə rayonun Surra kəndi istiqamətində qeydə alınıb.
28 yaşlı Cəlal Mehdiyev idarə etdiyi “Qazel” markalı yük avtomobili ilə Padarçöl istiqamətində hərəkətdə olan 35 yaşlı Səbuhi Süleymanlı idarə etdiyi “Kia Ceed” markalı minik avtomobili ilə toqquşub.
Nəticədə hər iki avtomobilin sürücüləri müxtəlif dərəcəli bədən xəsarətləri ilə Sabirabad rayon Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Lakin Səbuhi Süleymanlı aldığı xəsarətlərdən xəstəxanada ölüb.