IMG-LOGO

Şəmkirdə kütləvi zəhərlənmə

16 Jul 2026 10:32 3 baxış
IMG
2 0

İyulun 15-də saat 03:00 radələrində zəhərlənmə şübhəsi ilə 11 nəfər (9 qadın, 2 kişi) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə TƏBİB-dən bildirilib.

"Pasiyentlərə zəruri ilkin tibbi yardım göstərilib. Hər birinin vəziyyəti qənaətbəxş qiymətləndirilərək ambulator müalicə üçün evə buraxılıb", - məlumatda deyilir.

Həmin şəxslər rayon ərazisində yerləşən restoranda keçirilən məclisdə salatdan zəhərləniblər.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır. / APA

Hadisələr

Mənbə: lent.az

Xəbər lenti