IMG-LOGO

İcbari sığortada zərfə cərrahi tibbi xidmətlər daxildir? – CAVAB

10.09.2024 11:09 101 baxış
IMG

Lent.az-ın "bir sual, bir cavab" rubrikasında növbəti mövzu ivbari tibbi sığortanın zərfinə daxil olan xidmətlərlə bağlıdır.

İcbari sığortada zərfə cərrahi tibbi xidmətlər daxildir?

Lent.az xəbər verir ki, Xidmətlər Zərfi icbari tibbi sığortanın maliyyə mənbələri hesabına sığortaolunanlara müvafiq növdə, həcmdə və şərtlərlə göstərilən tibbi xidmətlərin toplusudur.

İcbari tibbi sığorta çərçivəsində vətəndaşlar aşağıdakı xidmətləri əldə edə bilərlər:

İlkin tibbi-sanitariya yardımı Təcili və təxirəsalınmaz tibbi xidmət İxtisaslaşdırılmış ambulator tibbi xidmət Fizioterapiya xidməti Laboratoriya xidməti İnvaziv radioloji xidmətlər (angioqrafiya) Cərrahi tibbi xidmətlər Stasionar terapevtik tibbi xidmətlər

Bundan başqa, 18 yaşa qədər uşaqların sağlamlıq vəziyyətinin cari müayinəsi barədə arayış və hərbi xidmətə çağırılanların tibbi müayinəsi barədə arayış aiddir.

Xəbər lenti