Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun və Braziliya yığmasının hücumçusu Neymarın bərpa prosesi gecikir.
"Report" AS-a istinadən xəbər verir ki, futbolçunun noyabrda tam sağalıb sıraya dönəcəyi gözlənilir.
Braziliya yığmasının heyətində diz bağlarından zədələnən 32 yaşlı hücumçu ötən ilin oktyabrından meydana çıxmır. Bərpa prosesi ləngidiyindən onun komandaya dönməsi üçün daha iki ay lazım olacaq.
Qeyd edək ki, "Barselona"nın və PSJ-nin keçmiş futbolçusu 2023-cü ilin yayından Səudiyyə Ərəbistanı çempionatında çıxış edir.
Bizim Telegram kanalımıza abunə olun