Azərbaycanın “Birbaşa Bakı” minifutbol klubunun idmançısı Rizvan Fərzəliyev Çempionlar Liqasının finalında dəstək olan azərbaycanlı azarkeşlərə təşəkkürünü bildirib.
“Report” xəbər verir ki, bu barədə minifutbolçu onu hava limanında jurnalistlərə açıqlamasında bildirib.
“Ardıcıl üçüncü dəfə Çempionlar Liqasına qatılmışdıq. İki dəfə uğursuzluğumuz oldu, yarı yolda qaldıq. Ancaq bu dəfə, üçüncü dəfə qatılanda hədəfimizə nail olduq və Bakıya kubokla qayıtdıq. Bizə dəstək olan, bizim üçün əziyyət çəkən hər kəsə təşəkkürümü bildirirəm”, – o qeyd edib.
“Oyunda azsaylı azarkeş qrupumuz da var idi. Onların ümidlərini doğrultduq, onlara minnətdaram”, – o vurğulayıb.
Bizim WhatsApp kanalımıza abunə olun