Almaniyanın Arnştadt şəhər aeroportunda uçuş-eniş zolağında kirpinin peyda olması səbəbindən təyyarə yarım saatdan çox uça bilməyib.
Lent.az-ın xəbərinə görə, bu barədə “Bild” nəşri məlumat yayıb.
Aviadispetçer xidmətinin iki əməkdaşının birgə səyi ilə kirpini çətinliklə də olsa, uçuş-eniş zolağından uzaqlaşdırmaq mümkün olub. Yalnız bundan sonra təyyarə havaya qalxa bilib.