IMG-LOGO

Mobil telefondan istifadə beyin xərçənginə səbəb olur?

07.09.2024 19:43 27 baxış
IMG

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) mobil telefonların istifadəsinin beyin xərçəngi yaradıb-yaratmaması ilə bağlı araşdırma aparıb.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, araşdırmaçılar telefon və kompüterlərdən istifadə ilə beyin xərçəngi arasında əlaqə tapmayıblar.

Yekun araşdırmalara Avstraliyanın radiasiyadan mühafizə orqanı da daxil olmaqla, 10 ölkədən 11 tədqiqatçı tərəfindən qiymətləndirilən 63 tədqiqat işi daxil edilib.

Tədqiqat işləri 30 illik dövrü əhatə edib.

Xəbər lenti