Türkiyədə arvadını öldürən kişi intihar edib.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Kocaeli rayonunun Gölcük qəsəbəsində baş verib. Təqaüddə olan 71 yaşlı hərbçi E.C. 67 yaşlı arvadı D.C.-nı tapança ilə güllələyərək öldürüb. Daha sonra həmin silahla öz başına atəş açaraq, intihar edib.
Hadisənin səbəbləri bilinmir.
Araşdırma aparılır.