IMG-LOGO

VK sədri: Rusiyadan məzun olub rus dilini bilməyən hüquqşünasın diplomunun necə tanındığını başa düşmürəm

05 Feb 2026 13:02 3 baxış
IMG

Rusiya və Ukrayna universitetlərinin hüquq fakültəsindən məzun olanların bəziləri rus dilini bilmir.

"Report" xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov Bakıda keçirilən "LEGIS" Beynəlxalq Hüquq Forumunda deyib.

O, həmin şəxslərin diplomunun necə tanındığını başa düşmədiyini bildirib:

"Mən başa düşə bilmirəm ki, onların diplomu necə tanınıb? Bir müddət əvvəl Taras Şevçenko adına Kiyev Milli Universitetindın məzun olmuş biri ilə görüşdüm. Ondan Taras Şevçenkonun kim olduğunu soruşdum. Ancaq məzun olduğu ali təhsil müəssisəsinin adını daşıyan şəxsin kim olduğunu bilmir. Bu baxımdan xaricdə oxuyanların bilik səviyyəsi yoxlanılmalıdır".

Xəbər lenti