IMG-LOGO

Gündə 3,5 milyard suala cavab verən "Google"un 26 yaşı tamam oldu

06.09.2024 02:46 32 baxış
IMG

Gündə təxminən 3,5 milyard axtarış etdiyi təxmin edilən axtarış sistemi Google 26 ili geridə qoyub.

Texnologiyanın həyatımıza gətirdiyi ən böyük yeniliklərdən biri olan “Google” 26 yaşını qeyd edir.

Lent.az xəbər verir ki, 1998-ci ildə əsası qoyulan bu nəhəng axtarış sistemi bu gün dünyada ən populyar və ən çox istifadə edilən axtarış platformalarından biri olaraq qalır.

Gündə orta hesabla 3,5 milyard sorğuya cavab verən “Google” sadə bir axtarış sistemindən daha çox şey ifadə edir.

Şirkətin ən böyük addımlarından biri “YouTube”u alması oldu. “Google” 2005-ci ilin fevral ayında ABŞ-da 3 sahibkar tərəfindən qurulan platformanı qurulduqdan 1 il sonra 1,65 milyard dollara satın aldı.

Sözügedən video paylaşma platforması zamanla dünyada ən çox dirilən tətbiqlərindən birinə çevrilib və bu günədək aylıq 2,7 milyard aktiv istifadəçiyə çatıb.

2008-ci ilin sentyabrında Android mobil əməliyyat sisteminin ilk versiyasının təqdimatı nəhəng texnologiya şirkəti üçün daha bir dönüş nöqtəsi oldu.

Bir çox satınalmalarla fəaliyyət sahəsini genişləndirən şirkət uzun müddət “Apple”dan sonra ən dəyərli şirkət ünvanını saxladı.

2015-ci ildə şirkət bütün brendlərini bir dam altında toplamaq üçün “Alphabet” adı altında rebrendinq etdi.

Şirkətin cari bazar dəyəri bu gün 1,95 trilyon dollar civarındadır və dünyanın 4-cü ən dəyərli şirkətidir.

Xəbər lenti