IMG-LOGO

"50 yaşım var, nə gündə olmalıyam ki?" - İlahə Fəda

04.09.2024 12:27 10 baxış
IMG

Uzun müddətdir köçüb Almaniyada yaşayan müğənni və biznes ledi İlahə Fəda sosial şəbəkə hesabında maraqlı paylaşım edib.

Lent.az-ın xəbərinə görə, müğənni özünə qarşı edilən tənqidləri cavablandırıb.

“Mənə deyirlər qocalmısan, bu nə gündədir. Anlamıram, 50 yaşım var, mən nə gündə olmalıyam ki? Mən yaşda insanların üzlərində qırışların olması normal deyilmi? İnsanlar alışıblar müğənni yanağını, dodağını böyütsün, vulqar görkəmdə olsun. Oktyabrda 51 olacaq. 50 yaşlı insanın üzündə qırış olar da. Yalançı olmaq, sevənlərimi aldatmaq istəmirəm. Həyatda da, səhnədə də beləyəm”, - deyə o bildirib.

Xəbər lenti