IMG-LOGO

"Real" Avropa çempionatının ən yaxşı futbolçusunu alır

04.09.2024 10:14 102 baxış
IMG

İspaniya millisinin 28 yaşlı futbolçusu Rodri "Real Madrid"ə keçə bilər.

Lent.az xarici mediaya istinadla bildirir ki, Los Blankos ispaniyalı ilə hələ 2025-ci ildə müqavilə bağlamaq imkanını nəzərdən keçirir.

Xatırladaq ki, Rodri İspaniya millisinin heyətində qalib gəldiyi son Avropa çempionatı 2024-ün ən yaxşı futbolçusu kimi tanınıb. Futbolçunun “Mançester Siti” klubu ilə hazırki əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 130 milyon avrodur.

Xəbər lenti