IMG-LOGO

Bakının mərkəzində daha bir küçə BAĞLANIR

03 Sep 2024 12:45 320 baxış
IMG

4 sentyabr saat 6:00-dan başlayaraq Bakı şəhəri, Yasamal rayonu, Mirzəağa Əliyev küçəsində (Azərbaycan prospektindən Səməd Vurğun küçəsinə qədər olan hissədə) aparılan təmir-bərpa işləri ilə əlaqədar hərəkət avtonəqliyyat vasitələri üçün tam məhdudlaşdırılacaq.

Bu barədə Lent.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

Mənbə: lent.az

Xəbər lenti