IMG-LOGO

Ağdaşda 3 uşaq anası əsəbiləşib sirkə turşusu içdi

03 Sep 2024 10:14 157 baxış
IMG

Ağdaşda intihara cəhd hadisəsi olub.

Lent.az xəbər verir ki, hadisə rayonun Cardam kəndində baş verib. Kənd sakini 29 yaşlı Ş. Cahangirova yaşadığı evdə sirkə turşusu içərək özünü öldürmək istəyib.

O, dərhal xəstəxanaya çatdırılıb və həyatı xilas edilib. Lakin vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, 3 uşaqanası olan Ş. Cahangirova evdə naməlum səbəblə əsəbiləşərək sirkə turşusu içib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: lent.az

Xəbər lenti