Mingəçevir şəhərində keçirilmiş "Kürü keçək?!" adlı açıq suda üzmə yarışının qalibləri mükafatlandırılıb.
"Report"un məlumatına görə, medalları gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, qurumun idman şöbəsinin rəisi Elnur Məmmədov, Avropa Gimnastikasının vitse-prezidenti Edvard Kolar, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) icraçı direktoru Maqsud Fərzullayev, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) baş katibi Fərhad Əliyev və Kür-Olimpiya Tədris İdman Mərkəzinin direktoru Ceyhun Mirzəyev təqdim ediblər.
Qeyd edək ki, Kür çayının iki sahili arasında, 300 metr məsafədə gerçəkləşən turnirə ölkəmizin bütün rayon və şəhərlərindən üzməyi bacaran 13 yaşdan yuxarı 500-dək nəfər qatılıb. Turnir su idmanı növlərinin təbliği, daha geniş yayılması və inkişaf etdirilməsi məqsədilə, Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə baş tutub.
Bizim WhatsApp kanalımıza abunə olun