Afrikanın qızıl istehsalında lider olan Qana hasilatı 2023-cü ildəki 4 milyon unsiyadan 2024-cü ildə 4,5 milyon unsiyaya çatdırmaq niyyətindədir.
"Report"un "Agence Ecofin" agentliyinə istinadən verdiyi xəbərə görə, buna yeni Namdini mədəni vasitəsilə nail olunacaq.
Söhbət Çinin “Shandong Gold” şirkətinin ilin sonuna kimi istifadəyə verməyi planlaşdırdığı mədəndən gedir. Bu, Akyem mədəninin fəaliyyətə başladığı 2013-cü ildən bəri ilk yeni qızıl hasilatı obyektidir.
Qananın regional tənzimləyicisi, Minerallar Komissiyasının sədri Martin Ayisinin məlumatına görə, 2026-cı ilin sonuna qədər ölkədə üç qızıl mədəni fəaliyyətə başlayacaq. Bu, yaxın 10 ildə gücü ildə 350 min unsiyaya çatacaq Namdini, istehsalı 325 min unsiyaya qədər artacaq Şimali Ahafodur, 2026-cı ildə ölkənin şimal-qərbində daha bir mədən fəaliyyətə başlayacaq.
Qanada sənaye qızıl hasilatı ilə yanaşı, kustar üsulla qızıl hasilatı da geniş yayılıb. 2023-cü ildə o, 70,6% artaraq 1,1 milyon unsiyaya çatıb.
Bizim WhatsApp kanalımıza abunə olun