"Turan Tovuz" nəticəyə oynamağı bacaran komandadır.
"Report" xəbər verir ki, bunu "Səbail"in baş məşqçisi Şahin Diniyev "Turan Tovuz"a qarşı Azərbaycan Premyer Liqasının V turun oyunundan sonra baş tutan mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis rəqib komandanı qələbə münasibəti ilə təbrik edib:
"Rəqibi təbrik edirəm. "Turan Tovuz" nəticəyə oynamağı bacaran komandadır. Birinci hissədə rəqib, ikinci hissədə isə biz yaxşı oynadıq. Futbolçularımla fəxr edirəm. Əlimizə düşən fürsətləri qola çevirə bilmədik. Maraqlı oyun alındı, son dəqiqəyə kimi mübarizə getdi. Bu gün 1 xala layiq idik. Amma artıq gecdir. Oyundan-oyuna daha yaxşı olacağıq".
Qeyd edək ki, ölkə çempionatının V turunda "Səbail" səfərdə "Turan Tovuz"a 0:1 hesabı ilə məğlub olub.
Bizim Telegram kanalımıza abunə olun